
Ali məktəbdə bıçaqlanma
İyunun 20-də Bədən Tərbiyəsi və İdman Akademiyasının həyətində bıçaqlanma hadisəsi baş verib. Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü tələbə Hüseynqulu Bağırzadə bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, H.Bağırzadə həmin gün ali məktəbə imtahana gəlibmiş. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlanması barədə isə hələlik məlumat yoxdur. Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.
İmtahana gəlmişdi həyat imtahanına çəkildi.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər