"Yatan şahzadə" nağılı gerçək oldu

"Yatan şahzadə" nağılı gerçək oldu

18 İyul 2011 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Pis niyyətli cadugər tərəfindən 100 il boyunca yatızdırılan şahzadənin nağılı tibb ədəbiyyatında "Kleine-Levin" sindromu adlandırılır. Xalq arasında "yatan gözəl" kimi bilinən xəstəliyə yaxalanan ingilis Luiza Bol (17 yaş) mütəmadi olaraq yatır. Yatmağa başladığı zaman 10-14 gün oyanmayan Bolun ailəsi qızlarının səhhətinə görə narahat olurlar. Sadəcə, çimmək və yemək üçün oyandırılan qızcığaz get-gedə kalori itirir. Psixi cəhətdən pozğunluğu olan "yatan şahzadənin" yuxusu gəldiyində əsəbiləşir, tündxasiyyət olur.

Yatan şahzadəni oyadan prins gəlməyincə qızlar hələ çox qəflət yuxusunda yatacaqlar...

Günel Həbib

O.M.