Məhərrəm Səfərli: “Bunun bizə aidiyyatı yoxdur”

Məhərrəm Səfərli: “Bunun bizə aidiyyatı yoxdur”

9 Sentyabr 2014 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Baş naziri Dmitri Medvedev Qərbin Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi haqda hədəyə hədə ilə cavab verib. Baş nazir "Rusiya öz hava məkanını Qərb aviaşirkətləri üçün bağlaya bilər" deyib. Medvedev bildirib ki, Moskva öz tərəfdaşları ilə dostluq münasibətindədir və Rusiya üzərindən uçuşlar açıqdır: "Ancaq bizə qarşı məhdudiyyətlər olacağı halda biz buna cavab verəcəyik. Əgər Qərb bizim hava məkanından istifadə etməsə, bu, bir sıra aviaşirkətlərin iflasına gətirib çıxara bilər".

Məlumdur ki, bir çox Qərb aviaşirkətlərinin ölkəmizə aviareysləri var. Hər gün Qərb şirkətlərinə məxsus onlarla təyyarə Bakı hava limanına enir və uçuş edir. Rusiya qadağaları tətbiq edəcəyi halda bu aviareyslər necə olacaq?

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli suala belə cavab verdi: "Mövqeyimiz nə ola bilər? Boş-boş söhbətlərdir, danışırlar. Medvedyevin özündən soruşun. Yəqin belə qadağa olsa, xarici aviaşirkətlər ruslarla əlaqəyə girər. Bunun bizə aidiyyatı yoxdur".

Mediainfo.az