“Rəsmi Moskvanın ermənilərə xüsusi münasibəti izah tələb edən məsələdir”
"Ermənilərin Rusiya tarixində iştirakı əksərən xəyanətlərdən ibarət olub".
Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, xəyanət siyahısını SSRİ-nin dağılmasında ermənilərin ABŞ-ın əlində xüsusi alət olmasından başlaya bilərdik: "Amma müasir dövrdə baş verənlər daha yadda qalan olur:
I. "Noviçok" qalmaqalının müəllifi Vil Mirzəyanov ermənidir.
II. Dopinq qalmaqalının müəllifi Q.Rodçenkonun ermənilərə xüsusi münasibəti aşkarlandı.
III. S.Sərkisyanın göstərişi ilə Ermənistan Çərkəz soyqırımının tanınmasını aktuallaşdırdı.
IV. S.Sərkisyanın prezidentliyi dövründə o zamankı baş nazir Tiqran Sərkisyan Avrokomissiyada iki dəfə Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını müzakirə etdi.
V. Serj Sərkisyan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində dəfələrlə Şimali Qafqazdakı vəziyyəti müzakirə etdi. Ermənistanın Şimali Qafqazla heç bir coğrafi, milli və dini əlaqəsi yoxdur.
Ümumilikdə Aİ-nin Rusiyaya qarşı aqressivliyinin artmasında S.Sərkisyan daxil olmaqla bir qrup erməninin xüsusi payı var.
VI. Keçmiş SSRİ zamanı rusların qovulması Ermənistandan başladı; "İvan çamadanını götür, get evə".
VII. Sovet ordusunun müttəfiq respublikalardan qovulması prosesi də Ermənistandan başladı.
VIII. S.Sərkisyan Suriya məsələsində bir neçə dəfə V.Putinin təklifini rədd etdi.
IX. Ermənilərin SSRİ-nin dağılmasında ABŞ-ın planını yerinə yetirməkdə iştirak etmələrini S.Sərkisyan Rusiya mətbuatına etiraf etdi.
X. SSRİ dövründə Moskvada terror hadisəsini törədənlər ermənilər idi. Saxta pul kəsilməsi ilə məşğul olanlar da milliyyətcə erməni idilər.
XI. 1918-1921-ci illərdə ermənilərin ingilislərin əlində sovet Rusiyasına qarşı vuruşması da tarixən bəlli məsələdir.
XII. Erməni Apostol Kilsəsi həmişə Rus Pravoslav Kilsəsinin əleyhinə olub.
XIII. A. Qriboyedovun ölümündə ermənilərin iştirakı açıq bəllidir".
Politoloq qeyd edib ki, rus xalqı və dövlətçiliyinə qarşı belə xəyanətkar münasibətdə olan ermənilərə rəsmi Moskva həmişə hərarətli münasibət göstərib: "Bəzi yüksək çinli məmurlar rus dövlətinin milli maraqlarını korrupsiya və siyasi korrupsiya ilə əvəzləyirlər. MDB və ya dünyada təkcə Rusiya və Ermənistan mövcud deyil. Digər dövlətlər də var və onların Rusiya istiqamətində siyasətlərini qurarkən Rusiyanın erməni xəyanətkarlığını mükafatlandırması vacib rol oynayır".Azadinform