Evdə təbii antibiotik hazırlayıb qripdən xilas olun

Evdə təbii antibiotik hazırlayıb qripdən xilas olun

17 Aprel 2023 03:10
Bəyəndim (0) Bəyənmədim (0)

Süd və sarımsağın faydaları saysız-hesabsızdır. Bu iki qidanı birlikdə qiymətləndirsəniz, xəstəliklərinizə şəfa tapa bilərsiniz. Üstəlik, bunu evdə iki dəqiqəyə edə bilərsiniz.

Təbiətin möcüzələrindən olan süd və sarımsaq faydalarına Siz də heyran qalın.

Xüsusilə, süd sümük və əzələ sağlamlığını qorumağa kömək edir. Süd həm də saçların böyüməsini dəstəkləyir və vitamin ehtiyaclarını qarşılayır. Ürək-damar xəstəliklərinə faydalı olan süd dərinin yenilənməsinə və parlamasına da imkan verir. Sarımsaq süd kimi faydalı olduğu kimi unutqanlığa da yaxşı gəlir və beyni qoruyur. Bu iki faydalı məhsul bir araya gəldikdə bədənimizin bir çox problemlərdən xilas olmağına kömək edir.

Boğazı rahatlaşdıran süd və sarımsaq qarışığı asma ilə yanaşı bir çox allergik xəstəlikləri də aradan qaldırır. Sarımsaq və süd qaraciyərdə olan toksinlərin orqanizmdən çıxarılmasını təmin edir. Qaraciyər yağlanması və qaraciyər çatışmazlığı kimi xəstəliklərin aradan qaldırılmasında da böyük rol oynayır. Xüsusi təsiri sayəsində qaraciyərin zədələnməsinin qarşısını alan qarışıq sarılıq problemi üçün də istifadə edilə bilər. Ayaq, qol və omba kimi oynaq ağrılarına da yaxşı təsir edən bu qarışım kirəclənmədən yaranan ağrıları da yox edir. Həmçinin bağırsaq parazitlərini təmizləyir. Gecə yatmazdan əvvəl sarımsaqlı süd içmək rahat yatmağınıza kömək edir. Bu qarışıq sayəsində yuxusuz gecələr tarix olacaq. Süd və sarımsaq qarışığı ilə hazırlanan maskalar saçları düzəldir. Saçların kökündən uca qədər canlanmasına kömək edən süd və sarımsaq qarışığı da saça parlaqlıq verir. Qrip, soyuqdəymə və pnevmoniyaya qarşı qoruyucu olan süd və sarımsaq qarışığı qrip xəstəliklərinə qarşı təsirlidir.

Murad Şahməmmədov