Maykl Ceksonun ölümü ilə bağlı şok iddia
Dirilmə Maykl, dirilmə...
Mərhum pop ulduz Maykl Ceksonun həkimi olmuş Konrad Murrayın vəkili pop ulduzun ölümü ilə bağlı yeni açıqlamalar verib. Açıqlamalarda deyilir ki, Maykl Cekson borcları üzündən intihar edib. "Müğənni həddən artıq çox borcu olduğu üçün ümidsiz və çarəsiz bir vəziyyətə düşüb. Çıxış yolunu tapa bilməyən pop ulduz çoxlu sayda dərman qəbul edərək intihar edib", - deyən vəkil bu yolla müvəkkilini müdafiə edib.
"Ölülər" əsərindəki Kefli İsgəndər demişkən, mənim də Şeyx Nəsrullah kimi imkanım olsaydı, deyərdim, dirilmə Maykl, dirilmə...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər