"Qızlar çox pis oynadılar, buna görə əsəbiləşən baş məşqçinin halı pisləşib, təzyiqi qalxıb"

"Qızlar çox pis oynadılar, buna görə əsəbiləşən baş məşqçinin halı pisləşib, təzyiqi qalxıb"

9 Sentyabr 2013 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya və İsveçrədə qadın voleybolçular arasında keçirilən Avropa çempionatında iştirak edən voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev komandasının zəif oyunundan əsəb sarsıntısı keçirib. Bu barədə Ans-ə Azərbaycan Voleybol Federsiyasının vitse-prezidenti Vaqif Əliyev məlumat verib. Onun sözlərinə görə, Faiq Qarayevin istefası ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil: "Faiq Qarayev hazırda Almaniyadadır, mən də onunla bir yerdəyəm, belə bir xəbər yoxdur.
Xorvatiya millisi ilə oyundan sonra baş məşqçi Faiq Qarayev əsəb sarsıntısı keçirib, təzyiqi qalxıb.Qızlar çox pis oynadılar, buna görə əsəbiləşən baş məşqçinin halı pisləşib, təzyiqi qalxıb. Xəstəxanaya aparılmayıb, ona komandanın həkimləri yardım ediblər. Səhərə kimi iynə-dərman vurulub. İstefa etməsi xəbəri isə yalandır."

O.M.