2014-cü il futbol üzrə dünya çempionatının finalı "Marakana"da keçiriləcək

2014-cü il futbol üzrə dünya çempionatının finalı "Marakana"da keçiriləcək

21 Oktyabr 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)
2018-ci ildə Rusiya, 2022-ci ildə Qətər çempionata ev sahibliyi edəcək

2014-cü ilin futbol üzrə dünya çempionatının finalı Braziliyanın məşhur "Marakana" stadionunda baş tutacaq. Çempionatın oyunlarının rəsmi cədvəli dünən axşam saatlarında FİFA tərəfindən açıqlanıb. FİFA-nın rəsmi saytı məlumat verir ki, dünya çempionatı 2014-cü ilin 12 iyununda start götürərək 13 iyulda final matçı ilə yekunlaşacaq. İlk oyun San-Paulu şəhərinin "Arena de San-Paulu" stadionunda baş tutacaq. Yarımfinallardan biri də məhz həmin stadionda oynanılacaq. Digər yarımfinal isə Belu-Orizontedə keçiriləcək. 3-cü yer uğrunda matç paytaxtın payına düşəcək. Ümumən 2014-cü il dünya çempionatı Braziliyanın 12 şəhərində keçiriləcək. Lenta.ru xəbər agentliyinin məlumatına görə, turnirdə 32 komanda iştirak edəcək. Beləliklə, Braziliya öz tarixində 2-ci dəfə dünya çempionatına ev sahibliyi etmiş olacaq.

Xatırladaq ki, ilk dünya çempionatı 1950-ci ildə baş tutmuşdu. O vaxt Uruqvay millisi dünya çempionu adını qazanmışdı. 2018-ci ildə bu yarışma Rusiyada, 2022-ci ildə Qətərdə keçiriləcək.

Möcüzələrə inanmasam da, Azərbaycan yığmasını nə vaxtsa dünya çempionatında görmək istərdim...

Hafiz Əhmədov

O.M.