
Rejissor və ssenarist Hafiz Fətullayev vəfat edib
Rejissor və ssenarist Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra vəfat edib. O, dünən Maştağa qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, H. Fətullayev 1944-cü ildə Bakıda anadan olub. O, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. "Qırmızı qatar", "Müqəddəs oda yanaram" filmlərinin quruluşçu rejissoru olub. "Mücrü" filmində və "Fatehlərin divanı" televiziya tamaşasında aktyor kimi çıxış edib.
Allah rəhmət eləsin!
Mediainfo.az
Digər xəbərlər