Tramp: Ərdoğan çox güclü və ağıllı adamdır

Tramp: Ərdoğan çox güclü və ağıllı adamdır

8 Aprel 10:26
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə Türkiyənin Suriyadakı rolunun vacibliyini vurğulayıb və Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib.
ABŞ prezidenti: "Mənim Ərdoğan adlı bir adamla çox yaxşı münasibətim var. Bilirəm ki, mətbuat Ərdoğanı bəyəndiyimə görə qəzəblənir, amma mən onu sevirəm, o, məni sevir və heç vaxt problemimiz olmayıb".
Onun sözlərinə görə, Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi edib: "Ərdoğan çox güclü və ağıllı adamdır. Heç kimin edə bilmədiyini (Suriyada) etdi. Onun qədrini bilmək lazımdır".
İsrailin baş naziri Netanyahunun "Suriyada Türkiyə ilə problemləri var" iddialarına cavab verən Tramp, "Mən sizin Türkiyə ilə (Suriya ilə bağlı) yaşadığınız bütün problemləri həll edə biləcəyimi düşünürəm. (Netanyahuya işarə edərək). Bu məsələdə siz və biz ağıllı olmalıyıq" deyib.
“Mənim Türkiyə və onun lideri ilə çox, çox yaxşı münasibətim var və düşünürəm ki, biz bu problemi həll edə bilərik.Hazırda bunun problem olacağını düşünmürəm,”- o vurğulayıb.
Almaz Həsənli