TİTULU OLMAYAN QƏZƏLXAN VƏ YA SADƏCƏ YETİM EYVAZ?
Yetim Eyvaz adıyla tanınan Eyvaz Siyəzənli Azərbaycanın titulu, adı olmayan şairlərindəndir. Sözün düzünü deyən, əyrini əyri, düzü düz deyən bu şair Azərbaycandakı 5 söz xirdarından biri idi. Öz satirası ilə, şeirləri ilə çoxlarının deyə bilmədiyi şeyləri deyirdi Eyvaz. Amma o həm də incə ruhlu, lirik təbiətli bir şair idi. Abşeron toylarında onun "Səni, yox, fotoşəklini", "Yağış yağır, ona qurban olum", "Gör məni nə günlərə saldı məhəbbət", "Qoca dünya" kimi mahnıları artıq şedevr sayılır desəm, yanılmaram. Onun ən gözəl, ən tanınmış mahnısı isə əlbəttə ki, "Yaz yağışı" sayıla bilər. Bəli, sözün əsl mınasında Azərbaycan proletar ədəbiyyatına ağır itki üz vermişdir. Yetim Eyvaz kimi tanınan Eyvaz Qurbanov 23 iyul 2017-ci ildə 65 yaşında vəfat etmişdir.
Bəs şeirlərini sevə-sevə dinlədiyimiz qəlbi zəngin, sadə təbiətli, yaradıcı, XXI əsrin qəzəlxanı sayılan Yetim Eyvaz haqqında daha nəyi bilirik?
Yetim Eyvaz 26 fevral 1952-ci ildə Siyəzən rayonunda аnаdаn оlmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib.
Sovet hakimiyyəti illərində çox yaxşı yaşayıb, həmin hakimiyyətin yaratdığı imkanlar hesabına təminatlı həyatı 1996-cı ilə qədər davam edib. 1996-2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşaraq odun doğrayıb satıb, ona-buna sürücülük edib.
Şeir yazmağa 15 yaşında başlayıb. Özünün dediyinə görə 2423 şeir yazıb. Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Yetim Eyvaz fəhlələrin, kəndlilərin, kasıbların, yoxsulların şairi idi. O, işsizlərin, sosial durumu çətin olan insanların dərdini, qəmini, qüssəsini, kədərini, mənəvi əzabını, iztirabını yazırdı. Kədərli şerlərində məzmun və forma vəhdəti var. Əsərlərinin idrak və tərbiyəvi əhəmiyyəti varlığı düzgün və əhatəli əks etdirməsi ilə müəyyən olunur.
Tam qətiyyətlə söyləyə bilərəm ki, Yetim Eyvazın bəzi əsərləri tarixin “inqilabi dialektika” səviyyəsinə yüksəlir. Bu əsərlər böyük məsələlər irəli sürməklə bədii qüvvət səviyyəsi ilə vəhdət təşkil edir.
Yetim Eyvazın sinfi mahiyyət kəsb edən şerləri ictimai münasibətlərin bədii əksidir. O, həyat hadisələrini kasıb təbəqənin dünyabaxışından çıxış edərək işıqlandırmış, onlara estetik qiymət vermişdir.
Yetim Eyvaz xalqın sosial azadlığı uğrunda mübariz idi. Onun yaratdığı ədəbi nümunələr yoxsul, təminatlı mülkiyyəti olmayan təbəqənin milli sərvətidir.
Dövrün, zamanın, dünyanın haqsızlıqları ilə barışmayan mübariz bir şair idi Yetim Eyvaz.
Dərdli şairimiz Yetim Eyvazın işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaqdır!
Onun "Axırı yoxdur dünyanın", "Bu dünyanın", "Məhəbbət", "Mən dünyadan gedən olsam" və digər şeirləri var.
Əslində müasir ədəbiyyatın sözün yaxşı mənasında söz xiridarı, fəxri titulu olmayan sadə şair idi Yetim Eyvaz. Yaşasaydı bəlkə də daha çox işlərə imza atacaqdır şair qəzəlxan.
Yetım Eyvaz
BİZƏ BAŞQA KİM LAZIMDI...
Mən bir qaya olum, mən bir dağ olum,
Sən sinəm üstündən ötən duman çən.
Mən meşə goynunda bir bulaq olum,
Sən mənım həzın, şirin zümzüməm.
Bilirsən, o dəmdə nə istəyirəm?
Bir mən olum, bir sən...
bizə başqa kim lazımdı görəsən.
***
Mən bir yamac olum, bir düzən olum,
Sən düzən içində açan ağ laləm.
Mən gecə səninçün yanan şəm olum,
Sənsə ətrafımda süzən pərvanəm.
Bilirsən, o dəmdə nə istəyirəm?
Bir mən olum bir sən...
bizə başqa kim lazımdı görəsən.
***
Mən bir ağac olum, bir budaq olum,
Bil ki, ayrılmaram heç vaxt kökümnən.
Mən budaq üstündə bir yarpaq olum,
Qorxuram payızda gələn xəzəldən.
Bilirsən, ay gözəl nə istəyirəm,
Bir mən olum, bir sən...
bizə başqa kim lazımdı görəsən.
***
Mən bir dəniz olum, bir umman olum,
Sən də dəniz içində üzən tək gəmim.
Mən bir ümid olum, bir güman olum,
Qoymaram ki, solsun o ümidlərin.
Gəl mənımlə nə olar, olginən həmdəm,
Bilirsən, ay gözəl nə istəyirəm?
Bir mən olum, bir sən...
bizə başqa kim lazımdı görəsən?
***
Bir mən olum, bir sən...bir də göydə ay,
Bir də güllü çəmən, sakit axan çay.
Həzın nəğmə desın bülbül, torağay,
Heçini istəmirəm, Allahdan daha,
Yerin olsun mənım gözümün üstə,
Şairəm, duraram sözümün üstə,
Nə olar, başımı qoyum dizinin üstə,
Heçini istəmirəm, Allahdan daha.
Atıb bir kənara fikiri, qəmi,
Xəyalla seyr edək gözəl aləmi.
Deyım, gülüm sənlə səhərə kimi,
Heçini istəmirəm, Allahdan daha.
Dağları dumansız, çənsız olmasın,
Zəmi də sünbülsüz, dənsız olmasın.
Eyvazın bir günü sənsız olmasın,
Heçini istəmirəm, Allahdan daha.
GEDİM
Məgər görmürsən, mənım halımı,
Qurban olum, buraxginən, qoy gedım.
Nə var kəsdirmisən durub yolumu,
Qurban olum, buraxginən, qoy gedım.
***
Zalımlıq eyləyib batma günaha,
Əlvida, gedırəm, gəlmərəm daha.
Səni and verirəm göydə Allaha,
Qurban olum, buraxginən, qoy gedım.
***
Neçə ocaqlara köz vermişəm mən,
Gözü görməyənə göz vermişəm mən.
Səndən gözəlınə söz vermişəm mən,
Qurban olum, buraxginən, qoy gedım.
***
Şah oldumsa, taxtım yoxdur, ay gözəl,
Əzəl gündən bəxtım yoxdur, ay gözəl.
Eyvaz canı, vaxtım yoxdur, ay gözəl
Qurban olum, buraxginən, qoy gedım.
YAĞIŞ
Yağış yağır...
yaz yağışı...yağ ay yağış,
Yağginən sən, sənə əhsən,
Sənə alqış, yağ ay yağış.
Yağginən sən, bu çöllərə, çəmənlərə yağginən sən,
Susuzluqdan xəzan olan çiçəklərə yağginən sən.
Yağginən sən arzulara, diləklərə yağginən sən,
Məhəbbətdən alovlanan ürəklərə yağginən sən.
***
Yağginən sən, yağa-yağa islatginən paltarımı,
Qaytar mənə gənclikdəki öz əhdimi, ilqarımı.
Elə yağ ki, qoy islansın əlimdəki qələm, vərəq,
Yadımdadı, necə yağdın, düz otuz il bundan qabaq.
Elə gözəl yağmışdın ki, islanmışdı üz-gözümüz,
Oturmuşduq Qalaltında, bir palıdın altında biz.
***
Sən yağdıqca, damcıların səpilirdi üzümüzə,
İkimiz də istəmirdik durub gedək evimizə.
Qorxurduq ki, durub getsək, xələl gələr sevgimizə,
Sən elə bir şersən ki, sən elə bir nəğməsən ki,
Ağzın yoxdu, dilin yoxdu, necə deyim, biləsən ki?
Sən yağanda yamaclara, düzənlərə can verirsən,
Zəmilərdə sünbüllərin damarına qan verirsən.
***
Yağ ey yağış, qurban olum, səhərəcən yağginən sən,
Dayanmadan, Qalaaltıdan şəhərəcən yağginən sən.
Yağginən ki, Giləzidə şoran düzlər çiçək açsın,
Bu ölkədən, bu diyardan, qüssə-kədər uzaq qaçsın.
Yağa-yağa nə olar ki, xəbər apar sevgilimə,
Aman gündür, bu halımı, bu günümü ona demə.
Döyə-döyə pəncərəsin, deginən ki, gəlibdi yaz,
Qala altında Şirəliynən, beş-beş vurur yetim Eyvaz.
Aydın Ulusoy