Cənubi Koreya prezidenti müxalifətin səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib
Koreya Respublikasının Prezidenti Yun Seok Yeol bildirib ki, müxalifət impiçment hüququndan sui-istifadə edir,. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
“Müxalifətin yalançı demaqogiyanın köməyi ilə impiçmentə tələsməsinin səbəbi var. Müxalifət impiçmentdən sonra növbədənkənar prezident seçkilərinə ümid bəsləyir. Əgər parlamentdə impiçment elan olunarsa, iş Konstitusiya Məhkəməsinə göndərilir. Əgər hakimlər parlamenti dəstəkləsələr, 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir", -Yun Seok Yeol deyib.
Yun Seok Yeol həmçinin müxalifətin dövlət sistemini məhv etməyə, cinayətlərini gizlətməyə və ölkə hökumətini tabe etməyə çalışdığını iddia edib. Onun sözlərinə görə, konstitusiya quruluşunu sarsıdan məhz bu hərəkətlərdir. Prezident müxalifəti hökuməti devirmək cəhdində ittiham edib. Onun videomüraciəti 29 dəqiqə davam edib.
Oxuməni.az