ABŞ Gürcüstanda məmurlara və qanunvericilərə qarşı viza məhdudiyyətləri tətbiq edir

ABŞ Gürcüstanda məmurlara və qanunvericilərə qarşı viza məhdudiyyətləri tətbiq edir

13 Dekabr 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hakimiyyəti Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduqları üçün viza məhdudiyyəti qoyur, həmçinin əlavə sanksiyalar hazırlayır. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin cümə axşamı yaydığı yazılı açıqlamada deyilir.

“Dövlət Departamenti Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə viza verilməsinə qadağa qoyur”, - sənəddə qeyd edilir. Qadağa hökumətdə nazir vəzifələrində çalışanlar, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının məsul şəxsləri, fiziki şəxslərə şamil ediləcək.

Bəyanatda vurğulanır ki, “Birləşmiş Ştatlar Gürcü Arzusu Partiyasının Gürcüstan vətəndaşlarına, o cümlədən etirazçılara, media işçilərinə, hüquq müdafiəçilərinə və müxalifət xadimlərinə qarşı əsassız zorakılığı və vəhşiliyini qətiyyətlə pisləyir”. Dövlət Departamenti hesab edir ki, “Gürcü arzusu” Gürcüstanın vətəndaşlarının böyük əksəriyyətinin guya arzuladığı “Avroatlantik gələcəyinə arxa çevirib”.

Oxuməni.az