Ərdoğan Blinkeni Ankara hava limanında qəbul edib

Ərdoğan Blinkeni Ankara hava limanında qəbul edib

13 Dekabr 11:00
Bəyəndim (1) Bəyənmədim (0)


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfərə gələn ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Siyasətçilərin görüşü Ankaranın Esenboğa hava limanında baş tutub. İclasda həmçinin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezident Administrasiyasının rəhbəri və səfir Həsən Doğan və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Ərdoğan və Blinkenin Suriya prezidenti Bəşər Əsədin devrilməsinin nəticələrini müzakirə edəcəyi gözlənilir. İclas jurnalistlər üçün qapalı keçirilir. Söhbətin təfərrüatları açıqlanmır.
Blinken daha əvvəl demişdi ki, ABŞ Suriyadakı bütün icmaları vahid ölkə altında birləşdirməkdə maraqlıdır. O, Suriyada inklüziv xarakter daşıyan və hamını birləşdirən siyasi keçidin olacağına ümid etdiyini bildirib.
Almaz Həsənli