
Dörd amerikalı əsgər Litvada təlimlər zamanı itkin düşüb
Amerikalı hərbi qulluqçular təlimlər zamanı itkin düşüb. Bu barədə Delfi xəbər verir.
"Hadisənin mümkün yeri müəyyən edilib, axtarış-xilasetmə əməliyyatları davam etdirilir", - Litva ordusunun mayoru Gintautas Ciunis bildirib.
Hərbçilərin yoxa çıxması Litva Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, martın 25-i saat 16:45-də Pabrade poliqonunda itkin düşən Amerika əsgərləri və tırtıllı avtomobil barədə məlumat daxil olub.
"Üçüncü piyada diviziyasının birinci briqadasının əsgərləri insident zamanı planlaşdırılmış taktiki təlimlərdə iştirak edirdilər", - Litva Silahlı Qüvvələrindən bildiriblər.
Bildirilir ki, dünən axtarışlara Litva və xarici hərbçilər, eləcə də Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin helikopterləri cəlb olunub.
Hazırda Litva ordusunun rəhbərliyi ilə axtarış-xilasetmə əməliyyatı davam edir. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi və digər qurumlar da cəlb olunub.
ABŞ Ordusunun Avropa Komandanlığı Pabrade poliqonu yaxınlığında itkin düşənlərin axtarışlarının davam etdiyini təsdiqləyib. Press-relizdə deyilir ki, axtarış əməliyyatında ABŞ və Litva hərbçiləri iştirak edir.
Hələlik təsdiqlənməmiş son məlumatlara görə, hərbçilərin maşını bataqlıqdan tapılıb və onlar həlak olublar.
Əziz Mustafa, Oxuməni.az