Aİ Transxəzər dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır

Aİ Transxəzər dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır

28 Mart 11:00
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa və beynəlxalq maliyyə qurumları Transxəzər Nəqliyyat Dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdırlar, Turkmenportal.com xəbər verir ki, Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas Aşqabadda keçirdiyi mətbuat konfransında bildirib.

"Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı davam edən əsas layihədir. Avropa və beynəlxalq maliyyə institutları bu layihəyə 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır", - Kallas martın 27-də Aşqabadda keçirilən Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri nazirlərinin 20-ci görüşünə həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Kallas Aİ ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq istəyinin artdığını vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Əziz Mustafa, Oxuməni.az