Myanmada 7,7 bal gücündə zəlzələ baş verib

Myanmada 7,7 bal gücündə zəlzələ baş verib

28 Mart 13:15
Bəyəndim (4) Bəyənmədim (0)

Myanmanın mərkəzində 7,7 bal gücündə zəlzələ baş verib, təbiət hadisəsi Taylandın paytaxtı Banqkokuda əhatə edib, “Reuters” zəlzələ monitorinq xidmətlərinə istinadən xəbər verir.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin mənbəyinin 10 km dərinlikdə olduğunu bildirib. Zəlzələnin episentri Myanmanın ikinci ən böyük şəhəri, təxminən 1,2 milyon əhalisi olan Mandalaydan təxminən 17,2 km aralıda olub.

Banqkokdakı şahidlərin “Reuters”-ə verdiyi məlumata görə, insanlar çaxnaşma içində küçələrə qaçıblar və silkələnmə o qədər güclü olub ki, hovuzlardan su tökülüb. “Associated Press”-in məlumatına görə, zəlzələ saat 13:30-da başlayıb. yerli vaxtla (Bakı vaxtı ilə təxminən 10:30). Paytaxtda hündürmərtəbəli yaşayış binalarından və otellərdən təxliyyə aparılır.

“Myanmar Now” xəbər verir ki, Myanmada İrravadi çayı üzərindəki körpü zəlzələ nəticəsində uçub.

Xəbər agentliklərinin məlumatına görə, yeraltı təkanlar Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.

Materialın nəşri zamanı qurbanların və yaralıların sayı barədə dəqiq və hətta təxmini məlumat yoxdur.

Almaz Həsənli