Cənubi Koreyanın iri şirkətləri artıq Rusiyaya qayıtmağa hazırlaşırlar

Cənubi Koreyanın iri şirkətləri artıq Rusiyaya qayıtmağa hazırlaşırlar

28 Mart 14:56
Bəyəndim (5) Bəyənmədim (0)


Cənubi Koreyanın Samsung, LG Electronics və Hyundai şirkətləri Rusiya-Ukrayna müharibəsinə son qoymaq və ola bilsin ki, Rusiyaya qarşı bəzi sanksiyaları ləğv etmək üçün danışıqların fonunda Rusiya bazarına qayıtmağı düşünür, “The Korea Times” yazır.
Qəzetin yazdığına görə, LG Moskva yaxınlığındakı zavodunda fəaliyyətini qismən bərpa edib. Oxşar məlumatı bir neçə gün əvvəl Rusiyanın “Rusbase” nəşri mənbələrə istinadən yayıb. LG sözçüsü “The Korea Times”-a bildirib ki, işin bərpası “müharibə başlayandan bəri boş qalan istehsal müəssisələrinin pisləşməsinin qarşısını almaqdır”. Zavodda yeni tədarüklər yox idi; onlarda olan materiallardan istifadə edirlər.
LG Electronics-in baş direktoru Ço Cu Van şirkətin "müharibə hələ bitmədiyi üçün ehtiyatlı olduğunu" söylədi, lakin əlavə etdi ki, "sanksiyalar qaldırıldıqdan sonra fəaliyyətimizi bərpa edə bilmək üçün vəziyyəti diqqətlə izləyirik".
Nəşr həmçinin iddia edir ki, Hyundai Rusiyaya qayıtmaq imkanlarını da araşdırır. Hyundai Motor Group-un rəsmi nümayəndəsi bildirib ki, “hələ qərar verilməyib, şirkət vəziyyətin inkişafını diqqətlə izləyir”.
Nəşr Samsung-un Rusiya bazarına mümkün qayıdışı ilə bağlı təfərrüatları təqdim etmir.
Almaz Həsənli