
ABŞ Hizbullaha bağlı şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Livan Hizbullah hərəkatı ilə əlaqəli beş fiziki və üç hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.
"OFAC bu gün Hizbullahın maliyyə komandanlığını dəstəkləyən Livanda yerləşən sanksiyalardan yayınma şəbəkəsində iştirak edən beş fiziki şəxs və üç əlaqəli qurumu təyin edib", - OFAC cümə günü yaydığı bəyanatda bildirib.
Sanksiyaya məruz qalan şəxslərin hamısı Livan vətəndaşlarıdır və bütün şirkətlər bu ölkədə yerləşir.
Qeyd edilir ki, bu tədbirlər Amerikanın bu ilin əvvəlində qəbul etdiyi “İrana maksimum təzyiq” siyasətinə uyğundur.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər