İran Trampın məktubuna cavab verib

İran Trampın məktubuna cavab verib

28 Mart 10:56
Bəyəndim (4) Bəyənmədim (0)


İran ABŞ prezidenti Donald Trampın Omanın vasitəçilik xidmətlərindən istifadə edərək İslam Respublikasının ali dini lideri Əli Xamneyiyə ünvanladığı məktubuna rəsmi cavab verib.
Bunu Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
"Trampın məktubuna rəsmi cavab dünən (çərşənbə günü - red.) Omanın vasitəçiliyi ilə müvafiq formada göndərilib", - o, “IRNA” agentliyinə müsahibəsində deyib.
Əraqçının sözlərinə görə, cavabda iki sənəd var. Birincidə Tehranın dünyadakı mövcud vəziyyətlə bağlı fikirləri, ikincisində isə Trampın məktubunda yer alan tezislər tam təhlil edilir və şərhlər verilir.
Martın 7-də Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, Xamneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar təklifi ilə bağlı mesaj göndərib. İran lideri Amerika prezidentinin bu bəyanatını şərh edərkən vurğulayıb ki, Vaşinqton yalnız öz maraqlarını düşündüyü üçün ölkəsi ABŞ-la dialoqa getməyəcək.
Almaz Həsənli