
Overçuk bildirib ki, Ermənistan Rusiya ilə Aİ arasında seçim etməli olacaq
Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etmək məcburiyyətində qalacaq - ölkə eyni vaxtda hər iki kürsüdə otura bilməyəcək. “TASS” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Hökumət qulluqçusu qeyd edib ki, İrəvan Avropanı seçərsə, o zaman Ermənistan Rusiya ilə bütün iqtisadi münasibətlərə yenidən baxmalıdır.
Bir gün əvvəl Ermənistan parlamenti son oxunuşda Ermənistanın Aİ-dən dəvət almamasına baxmayaraq, ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qanunu qəbul edib. Qanun layihəsinin lehinə 64 deputat, əleyhinə isə 7 deputat səs verib. Qərar verildi, lakin müxalifət partiyaları bunu hüquqi baxımdan absurd hesab ediblər.
Almaz Həsənli