Bu gün dərslər başladı...
Bu gün - sentyabr ayının 16-sı Azərbaycanda 2013-2014 tədris ilinə start verildi. Bütün şagird və tələbə adını daşıyanlar bu gün tədris ocaqlarına tələsdilər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə builki tədris ilinə hazırlıqlar demək olar ki, başa çatdı. Bakı şəhərinin əksər məktəbləri əsaslı təmirdən çıxaraq, şagirdlərə təhvil verildi. Onlardan Yasamal rayonunda yerləşən 167, 158 nömrəli məktəbləri misal çəkmək olar. Bundan başqa, paytaxtın 5-ci mikrorayon deyilən ərazisində - Nəsimi rayonunda fəaliyyət göstərən 211 saylı tam orta məktəb də şagirdlərini sözün əsl mənasında "yaraşıqlı" şəkildə qarşıladı. Əldə etdiyimiz məlumata görə, bu gün 211 saylı tam orta məktəbin yeni tədris ili üçün açılış mərasiminə Təhsil Nazirliyinin yüksək səviyyəli məmurları qatılıblar.
Oxumeni.az kollektivi olaraq, bugünki gün münasibətilə bütün şagird və tələbələri təbrik edir, Azərbaycanımız üçün qürur duyulacaq mütəxəssis kimi yetişmələrini aruzlayırıq....
O.M.