Nəşriyyatda fəhlənin əlləri çap maşınında qalıb
Sentyabrın 22-də, şənbədən bazara keçən gecə "Azərbaycan" nəşriyyatında faciə yaşanıb.
Belə ki, nəşriyyatın əsas binasında yerləşən və qəzetçilərin "Köhnə mətbəə" dediyi sexdə bir fəhlənin əlləri çap maşınında qalıb.
Hadisə həmin gecə təxminən saat 02.00 radələrində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, işlək vəziyyətdə olan qurğuda "dozakl"ları silmək istəyən fəhlənin əli ani diqqətsizlikdən fırlanan barabanın arasında qalıb: "Baraban fəhlənin əlini çəkərək "presslədi". Dərhal fəhlə xəstəxanaya çatdırıldı. Vəziyyəti ağır olsa da, rəhbərlik deyir ki, fəhlənin əlinin xilas etmək mümkün olub. Yəqin tezliklə hər şey bilinəcək".
O.M.
Digər xəbərlər