"Adam içində" verilişinə gələn şikayətçi xanım adamların içindəcə özündən getdi
ANS TV-nin "Adam içində" verilişinin dünənki buraxılışını minlərlə tamaşaçı səbirsizliklə gözləyirdi. Belə ki, əri tərəfindən uşağı əlindən alınan Şəfa Əliverdiyeva artıq üçüncü veriliş idi ki, övladını geri almaqcün ANS-dən kömək istəyirdi. Amma həyat yoldaşı Əli Əliverdiyev heç cür qadının tələbini yerinə yetirmək istəmirdi. Onu təmsil edən vəkil evə yerləşdirilmiş kameralar vasitəsilə əldə edilən videogörüntüləri bütün tamaşaçılara təqdim etdi. Beləcə, hər kəs Şəfa xanımn iki yaşlı oğlu ilə kobud rəftarından xəbərdar oldu. Bununla belə, verilişdə iştirak edən hər kəs, aparıcı Elgiz belə uşağın anasına qaytarılmasına tərəfdar çıxdılar.
Problem hələ ki, həlli yolunu tapmayıb. Bütün Azərbaycanın həyəcanına səbəb olan bu mövzu çox güman ki, bazar ertəsi yenidən canlı yayımda tamaşaçılara təqdim olunacaq. Onu da əlavə edək ki, "Adam içində" verilişi həftə içi hər gün, saat 17.00-19.00 arası teleaparıcı Elgiz Əkbərin təqdimatında ANS TV-nin efirində yayımlanır.
O.M.