"Mersedes"lər toqquşdu: bir neçə metr sürüklənən avtomobildə ölən var
Ötən gecə Bakı-Qazax magistralının 289-cu kilometrliyində, Yevlax rayonu ərazisində minik maşını ilə mikroavtobus toqquşub. Ucar rayon sakini Əfsus Sərkər oğlu Vəliyevin idarə etdiyi "Mersedes" markalı minik avtomobililə Qazax rayon sakini Mirzaur Mirhəmid oğlu Mahmudovun idarə etdiyi "Mersedes" markalı mikroavtobus toqquşub.
Yol polisinin məlumatına görə, qəza minik maşınının mikroavtobusun yoluna çıxması nəticəsində baş verib. Zərbənin gücündən minik maşını təxminən 15 metr kənara düşüb.Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Bir nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər