Sabah yağış yağacaq

Sabah yağış yağacaq

29 Sentyabr 2014 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağış yağacağı gözlənilir.

Gün ərzində fasilələrlə yağış yağacaq, günün ikinci yarısında isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gecə arabir güclənəcək. Gündüz tədricən mülayimləşəcək. Havanın temperaturunun gecə 12-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 30-da arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Mediainfo.az