Gecə klubunda adam öldürənin məhkəməsi başlayıb

Gecə klubunda adam öldürənin məhkəməsi başlayıb

5 Sentyabr 2014 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda qətl hadisəsi törətməkdə təqsirləndirilən Zaur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

apa-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verərək, özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, ötən il avqustun 18-də Xəqani küçəsində Bakı şəhər sakinləri Səbuhi Şərəfov və Orxan Cümşüdov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. S. Şərəfov aldığı bıçaq xəsarətlərindən həmin gün xəstəxanada dünyasını dəyişib.

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub.

Qeyd edək ki, qətl hadisəsi "Troya" gecə klubunda qeydə alınıb.

Proses sentaybrın 8-də davam etdiriləcək.

Mediainfo.az