“Eurovision-2013”ün ən son biletləri satışa çıxarılacaq

“Eurovision-2013”ün ən son biletləri satışa çıxarılacaq

5 Aprel 2013 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsinin ən son biletləri aprelin 8-dən satışa çıxarılacaq. "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında bu barədə yazılıb. Saytda bir qədər əvvəl satışa çıxarılmış biletlərin, o cümlədən mayın 18-də keçiriləcək final şousunun biletlərinin artıq satıldığı bildirilir. İndi isə müsabiqənin bütün konsertlərinin və məşqlərinin biletləri satışına start veriləcək. Biletlərin satışı aprelin 8-də ticnet.se saytında Mərkəzi Avropa vaxtı ilə səhər saat 10:00-dan başlanacaq.

O.M.