Dünya 542 kilo arıqlayan o adamdan danışır

Dünya 542 kilo arıqlayan o adamdan danışır

14 Noyabr 2023 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanında yaşayan Xalid bin Möhsün Şaari 22 yaşında olarkən 610 kilo çəkisi olub. Çəkisi səbəbindən evdən çıxa bilməyən Şaari müalicə üçün Ər-Riyaddakı xəstəxanaya aparılarkən kranla evdən çıxarılıb. Müalicə bir neçə il davam edib və inanılmaz müsbət nəticə verib. Şaari düz 542 kilo arıqlayıb və onun son görünüşü görənləri heyrətə gətirib.

Dünya 5 ildə 542 kilo arıqlayan səudiyyəli Xalid bin Möhsün Şaaridən danışır. 22 yaşında ikən çəkisi 610 kilo olan Şaari 2013-cü ildə Səudiyyə Ərəbistanı kralının göstərişi ilə müalicə olunub. Belə ki onu hətta kranın köməyi ilə də evdən çıxarmaq olduqca çətin olmuşdu. Müalicəsi ilə yanaşı xüsusi pəhriz proqramı da tətbiq edən səudiyyəli kişi 5 il müddətində tamam fərqli insana çevrilib. 2018-ci ildə küçədə gəzərkən görüntülənən Şaarinin son görünüşü görənləri heyrətə salıb. 28 fevral 1991-ci ildə Səudiyyə Ərəbistanında anadan olan Xalid bin Möhsün Şaari 22 yaşında 610 kilo olub.

Yataqda belə çevrilməkdə çətinlik çəkən gənc 2013-cü ildə o zamankı Səudiyyə kralı Abdullahın göstərişi ilə əməliyyat olunmuşdu. Xatırladaq ki, Xalid sonuncu dəfə 2018-ci ildə bədənindən artıq dərini çıxarmaq üçün bıçaq altına girib…

Oxuməni.az