12 yaşındaykən Sibirdə olmuş ABŞ prezidenti – Niksonun Deqtyarsk şəhərinə səfərinin səbəbi

12 yaşındaykən Sibirdə olmuş ABŞ prezidenti – Niksonun Deqtyarsk şəhərinə səfərinin səbəbi

21 Dekabr 2021 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Deqtyrask – Sverdlovskdan 34 kilometr aralıda yerləşən, cəmisi 15 min əhalisi olan bu şəhəri 1959-cu ilə qədər çoxları tanımayıb. Məhz Riçard Niksonun bu şəhərə planlaşdırılmamış səfəri Deqtyarsk şəhərinin adını dünya mətbuatına çıxarıb....

Amerika Birləşmiş Ştatlarının tarixinə ölkənin 37-ci prezidenti Riçard Niksonun adı bir çox maraqlı hadisələrlə düşüb. 1945-ci ildə Franklin Ruzveltin Yalta konfransında iştirakını nəzərə almasaq, Nikson 1972-ci ildə SSRİ-yə ilk rəsmi səfər edən prezident olub. Bu səfərdən öncə də o, vitse-prezident kimi 1959-cu ildə SSRİ-yə gəlib. Yəqin elə bu səbəbdən bəziləri Niksonu “qırmızı prezident” adlandırıblar.
Nikson ilk SSRİ səfərinə altı ay hazırlaşıb. O, SSRİ haqqında 132 materialla tanış olub, rus dilində bir xeyli söz öyrənib.

Niksonun 1959-cu ildə, Xruşovun hakimiyyəti dövründə SSRİ-yə səfəri təkcə rəsmi sənədlərin imzalanması ilə yox, həm də qeyri-rəsmi hadisələrlə də yadda qalıb. Xüsusilə bu səfər zamanı Xruşov öz “lüğət”ini bir az da zənginləşdirib. Moskvanın “Sokolniki” parkında Amerika milli sərgisinin açılışında sovet lideri vitse-prezidentə qarşı ironik ifadələr işlətməkdən çəkinməyib. Həmin sərgidə Nikson amerikan mətbəxi modelinin qarşısında ayaq saxlayıb və bu məqamda onların arasında başlayan dialoqda Xruşov heç bir etikaya sığışmayan ifadə işlədib. Nikson barmağı ilə Xruşovun sinəsinə vuraraq deyib:

- Biz varlıyıq, siz isə kasıbsınız. Çünki biz ət yeyirik, siz isə kələm.

Bu ifadəyə tutarlı cavab tapa bilməyən Xruşov gülə-gülə Niksona məşhur rus söyüşü ilə cavab verib:
- Poşel tı na ...

42490_original.jpg (89 KB)

Məhz bu səfər zamanı aydın olub ki, Niksonun valideynləri 1925-1930-cu illərdə Uralda mis yataqlarını istismar edən “Lena Goldfields” şirkətində çalışblar. Nikson da 1925-ci ildə çox qısa bir müddətdə valideynlərinin yanında qalıb. Həmin vaxt onun 12 yaşı olub. Elə Niksonun rəsmi bioqrafiyasında da göstərilib ki, o, orta təhsilini beş yerdə alıb. Amma həmin vaxta qədər Nikson bu faktı heç bir yerdə açıqlamayıb.

Nikson 11 günlük səfərinin 3 gününü Sverdlovsk vilayətində keçirib. Növbəti maraqlı hadisə isə məhz bu bölgədə baş verib. Pervouralsk şəhərində bir neçə zavodda görüşlər keçirdikdən sonra Nikson sürücüyə göstəriş verib ki, maşını Deqtyarsk şəhərinə sürsün. Bu əvvəcədən planlaşdırılmadığından mühafizə əməkdaşları və SSRİ DTK-nın əməkdaşlarında çaşqınlıq yaradıb. Amma sözsüz ki, vitse-prezidentin arzusu həyata keçirilib.

Beləliklə, avtomobil karvanı Deqtyarsk şəhərinə istiqamət alıb. Nikson Deqryarskda mis mədənlərini gəzib, 800 metr dərinlikdə olan şaxtaya enib. Şaxtada işləyənlərlə səmimi söhbətləşib, onların həyat tərzi, sosial rifahı ilə maraqlanıb. Fəhlələrdən biri, Qaraş Abubəkirov isə amerikalı qonaqla daha açıq ünsiyyət qurub:

- Niyə iki dövlət öz aralarında sülh, mehribanlıq yarada bilmir? Axı müharibədə SSRİ ilə ABŞ müttəfiq olublar, faşistlərə qalib gəliblər. Biz dostluq və sülh istəyirik.

Nikson bu cəsarətli fəhlə ilə zarafatlaşıb:

- Gərək siz şaxtaçı yox, siyasətçi olaydınız.

- Hamımız siyasətçi olsaq, şaxtada kim işləyəcək?

jh.png (283 KB)

Abubəkirov görüşün sonunda Niksonu o dərəcədə bərk qucaqlayıb ki, az qala vtse-prezidentin boynu qırılacaqmış. Sonralar bu şəkil dünyanın ən populyar qəzetlərinin manşetlərində əks olunub.

Mədən işçiləri ilə görüşən Nikson şaxtanın yaxınlığındakı təpəciyi göstərərək uşaqlıq illərini xatırlayıb:

- Mən gördüyünüz o təpəcikdə 12 yaşımda yerli uşaqlarla futbol oynamışam. Aşağıdakı birmərtəbəli evlərin həyətindən isə pişikləri qovalamışam.

Məhz bu səfər zamanı aydın olub ki, Niksonun valideynləri 1925-1930-cu illərdə Uralda mis yataqlarını istismar edən “Lena Goldfields” şirkətində çalışblar. Nikson da 1925-ci ildə çox qısa bir müddətdə valideynlərinin yanında qalıb. Həmin vaxt onun 12 yaşı olub. Elə Niksonun rəsmi bioqrafiyasında da göstərilib ki, o, orta təhsilini beş yerdə alıb. Amma həmin vaxta qədər Nikson bu faktı heç bir yerdə açıqlamayıb.

Bu səfərdən sonra dünya mətbuatı Niksonun uşaqlıq illəri haqqında yazılar dərc ediblər, vitse-prezidentin Deqtyarska planlaşdırılmamış səfərini də məhz onun uşaqlıq xatirələri ilə bağlı olduğunu qeyd ediblər.

nixonhrush4.jpg (90 KB)

Sverdlovsk səfərindən sonra Moskvaya qayıdan Niksona Xruşov öz bağ evində ziyafət təşkil edib. Kreml məmurlarının və ABŞ nümayəndə heyətinin iştirak etdiyi ziyafətdə sovet lideri amerikalı vitse-prezideni “köhnə sibirli” adlandıraraq ilk qədəhləri onun şərəfinə qaldırıb. Görüşün sonunda Nikson Xruşovla yenidən Moskavada görüşəcəyinə ümid edib. Növbəti görüş isə baş tutmayıb. 1972-ci ildə artıq ABŞ-ın prezidenti olan Riçard Niksonu Moskvada Leonid Brejnev qarşılayıb.Musavat.com