BİR QADIN TALEYİ
Nailə Babayeva
(REAL HADİSƏLƏR ƏSASINDA)
3-cü hissə
...Heç nə anlamayan Cahan dayısı Teymura baxdı. Onun nə demək istədiyini anlamayıb təəccüblə ona baxdı. Teymur isə Cahana yaxınlaşıb onu divara söykəyərək:
-Səni gözəl başa düşürəm, səni başa düşə bilməyən bir cəmiyyətdə yaşamaq çox çətindir Cahanım,-deyib nəfəsini onun boynunda, əlini isə baldırında gəzdirməyə başladı.
Cahan dayısı Teymurun hərəkətindən qorxdu. Onu özündən kənara itələməyə çalışdı.
- Dayı, burax məni,-deyərək, onun əlindən çıxmağa çalışdı.
Teymur isə heç nə eşitmirdi, Cahanı öpür, onu daha da özünə sıxırdı. Cahan isə vurnuxur, onun əlindən çıxmağa çalışırdı. Amma nə fayda! Dayısı Teymurun güclü qollarından çıxmaq onun üçün çətin idi. Teymur Cahanın yalvarışlarına baxmayaraq əynindəki koftanı cırdı. Özünü isə yerə yıxıb...
Məhz o gün Cahan anasının çərçivəyə salınmış şəklinin önündə öz doğma dayısı Teymur tərəfindən ləkələnmişdi. Bəli, həmin gün onun bütün arzuları puç olmuşdu, xəyalında qurduğu ağ gəlinlik ona nəsib olmayacaqdı. 15 yaşlı bir qızın bütün həyatı alt-üst olmuşdu həmin gün. Cahanın bütün cahana olan ümidləri ölmüşdü, arzuları bir şüşə kimi çilik-çilik olmuşdu.
Artıq iş-işdən keçmişdi. Teymur pəncərə önündə dayanıb siqaret çəkir, Cahan isə yerdə bir qıraqda dizlərini yığıb oturaraq ağlayırdı. Sanki bir qədər bundan öncə heç bir şey olmamış kimi Teymur sakitçiliyini pozmamışdı. Siqaretinə son qullab vurub Cahana baxdı.
- Ağlama,-dedi:
- Onsuz da ağlayıb sızlasan da, kiməsə nədə desən belə, sənə heç kəs inanmayacaq.
- Axı niyə bunu etdin? Niyə mənim həyatımı məhv etdin, dayı?!
- Sənin həyatın məhv olmayıb, gözəlim. Əksinə, sənə mən əsl həyatı yaşatdın. Razılaş ki, bu sənin də xoşuna gəldi.
Cahan dayısı Teymurun bu sözlərindən əsəbiləşib ayağa duraraq onun üstünə şığıdı. Teymur onu kənara itələyib:
- Axmaq olma. Sən zatən cəmiyyətin və ailənin arzuolunmazsan,-deyə, otaqdan çıxdığı zaman Cahan:
- Mən hər kəsə hər şeyi deyəcəm, -deyə, nifrət dolu baxışlarıyla ona baxdı.
Teymur isə ona heç kəsin inanmayacağını, günahkar özü çıxacağını bildirib otaqdan çıxaraq evi tərk etdi.
Tək qalmışdı Cahan. Bütün vücudu ağrıyırdı, dayısı Teymurun iyrənc addımı onu məyus etmişdi. İndi daha tək olduğunu anlamışdı Cahan. Dizlərini yerə qoyub əli ilə üzünü tutaraq ağlamağa başladı. Amma nə qədər ağlasa belə olacağa çarə yox idi, odur ki, özünü toparlayıb ayağa duraraq yuyunmaq üçün vanna otağına keçdi.
Teymur isə aşağı düşüb kənarda dayanan Fazil müəllimin yanına gəldiyi zaman Fazil müəllimin böyük qızı Arzu onu saxlayaraq:
- Bir dəqiqə dayan,-dedi.
Teymur ayaq saxladı, Arzuya baxıb siqaret yandırdı. Arzu ona baxıb:
- Mən hər şeyi bilirəm dayı, dedi.
Arzunun sözlərindən təşvişə düşən Teymur:
- Sən nəyi bilirsən?-deyə, sual dolu baxışlarla ona baxdı.
Dayısı Teymurun halı Arzunun gözündən yayınmadı. Gülümsəyərək:
- Atamla nə barədə danışmağa gedirsən?-dedi:
- Olmaya, gedirsən onu doldurmağa?
- Arzu, sən nə danışırsan?
- Məgər düz demirəm?
- Mən atanla Cahan haqqında danışmağa gedirəm.
- Maraqlıdır, Cahan haqqında mənimlə nə danışmaq istəyirsən?-deyə, bu vaxt onlara yaxınlaşan Fazil müəllim Teymura baxdı.
Teymur Fazil müəllimə və qızı Arzuya baxdı. Nədən və haradan başlayacağını götür-qoy edib deyəcəyi yalanı düşünürdü. Əslində o, indi elə bir yalan danışmalı idi ki, inandırıcı olsun. Fazil müəllimə və qızı Arzuya baxaraq udqundu:
- Eh, ay Fazil, sən də heç yarımadın, deyirəm
- Başa düşmədim.
- Səni deyirəm, deyirəm ki....
- Qulaq as, söhbəti uzatma, de görüm Cahanla bağlı nə danışmaq istəyirsən?
Teymur Fazil müəllimə danışacağı yalanı düşündü. Siqaret yandırıb ona və qızı Arzuya baxdı. Arzu isə atası Fazil müəllim ilə bərabər dayısı Teymurun Cahanla bağlı danışmasını gözləyirdi. Teymur Fazilə ikilikdə danışmaq istədiyini bildirdi. Bunu anlayan Fazil müəllim qızı Arzudan onları tək qoymasını istəyib Teymura baxdı. Heç nə anlamayan Arzu onların yanından uzaqlaşıb mağara, qadınların yanına getdi.
Bu arada Cahan hamamdan çıxıb otağına keçərək əynini geyindi. Bədəni ağrıyırdı, yuyunmağına baxmayaq, hələ də özünü murdar bilirdi. Dayısı Teymurun atdığı iyrənc addım onda hər kəsə qarşı nifrət yaratmışdı. Bu iyrənc hərəkətin səssiz qalmasını istəmirdi. Dayısı Teymurun əməlindən hər kəsə danışmaq istəyirdi.
Teymur isə artıq Fazil müəllimi öz yalanına inandırmışdı. Ona Cahanın oğlanlarla danışdığını, pis əməllərlə məşğul olduğunu deyib Fazil müəllimdə Cahana qarşı daha da nifrət yaratmışdı. Fazil müəllim sona kimi Teymura qulaq asıb:
- Sən dediklərinə əminsən?-deyə, soruşdu.
- Axı mən sənə nəyə görə yalan danışım? Sənin o 15 yaşlı qızın sən demə pozğunun biri imiş. Mən özüm onun oğlanlarla danışdığını eşitdim.
- Teymur, yenə deyirəm, sən buna əminsən?!
- Yüz faiz əminəm, Fazil. Əmin olmasam, demərəm. Cahan öz hərəkəti ilə səni nüfuzdan salmağa çalışır. Əlbəttə, axı o, yaxşı bilir ki, sən o biri uşaqlar qədər Cahanı sevmirsən. Məncə, sən onun bu hərəkətlərinə son qoymalısan,-deyə, sözünü bitirən Teymur Fazil müəllimin yanından uzaqlaşaraq onu tək qoydu.
Teymurun Cahan haqqında dedikləri onda şübhə yaratmağa başlamışdı. Siqaret yandırıb çəkərək onun dedikləri haqqında düşünürdü. Amma açığı, həm inanmaq, həm də inanmamaq istəyirdi. Teymurun əminliklə ona danışması isə onda daha çox bu məsələyə inam yaratmışdı. Heç kimsəyə bir söz demədi. Fazil müəllim siqaretinə qullab vurub siqareti yerə ataraq heç kəsə heç bir söz demədən sərt addımlarla bloka girib, yuxarı qalxdı. Pilləkənləri qalxdıqca içində Teymurun ona dediklərini çək-çevir edirdi. Qapıya çatdı, içəri girib otaqları gəzdi. Cahanın otağına gəlib qapının yanında dayandı. Bu zaman Cahanın otağında telefonla söhbətini eşidib qulaq asmağa başladı.
“Ürəyim, mən çox təkəm, nə edəcəyimi bilmirəm, sən də yoxsan, daha yaşamaq istəmirəm...”-deyə, telefonda sevgilisi Ömər ilə danışdığı zaman, Fazil müəllim qapını açıb içəri girdi.
Teymur cızdığı planın alınmasına, üzərindən şübhənin götürülməsinə sevinirdi. Sevinirdi ki, cızdığı plan işə yarayıb və o, artıq sərbəst hərəkət edə bilər. Amma nə qədər də olmasa addımlarını ehtiyatlı atmalı idi Teymur, çünki bir qədər Cahandan belə ehtiyat edirdi.
Atası Fazil müəllimin içəri girdiyini görən Cahan əlində telefon donub qaldı. Düşünürdü ki, atası onun başına gələnləri artıq bilir və ona yardım etməyı gəlib. Lakin Fazil müəllimin qəzəblə:
- Balaca fahişə,-deyərək, yaxınlaşıb şillə vurmağı ilə Cahanın bütün ümidləri alt- üst oldu. Fazil müəllim onun əlindən telefonu alıb:
- Utanmaz ləçər,-dedi:
- Sən necə bir uşaqsan, hə? İndidən bu yaşından oğlanlarla mazaqlaşırsan, ay səni başyeyən qancıq!
Sözünü bitirib bir şillədə vurdu. Şillədın özünü saxlaya bilməyən Cahan çarpayıya yıxıldı. Fazil müəllim Cahanın saçından tutub:
- Balaca iblis! Utanmaz, dərs oxuyub, savad qazanmaq əvəzinə, oğlanlarla ciggildəşən fahişə! Darıxma, mən bilirəm sənə neyləmək lazımdır,-deyib, üzünə tüpürdü.
Cahan gözyaşları içində:
- Ata mən...
- Kəs səsini!-deyə, Fazil müəllim onun sözünü ağzında qoyub, ağzının üstündən güclü bir şillə vurmağı ilə Cahanın burnundan qan açıldı...
Fazil Cahanın sözünü ağzında qoymuşdu. Ona qulaq belə asmayıb telefonunu əlindən alaraq otaqdan çıxdı. Tək qalan Cahan çarpayısında oturub kağız dəsmalla burnunun qanını silməyə çalışırdı. O, indi anlamışdı ki, atası Fazilə nə desə belə, onu inandırmaq Cahan üçün asan olmayacaqdır.
Günlər ötüb geridə qalırdı. Həyat öz axarı ilə davam edirdi. Artıq Gülzar xanımın 40 belə çıxmışdı. Məktəb başlamışdı. Cahan dərsləri ilə məşğul olur, ara-sıra sevgilisi Ömər ilə görüşüb danışırdı. Cahan daha da dəyişmişdi, başına gələnlərdən sonra. Özünə qapanmışdı, rəfiqələri ilə danışsa belə, deyib-gülməyi unutmuşdu. Bütün bunlar onun ən yaxın rəfiqəsi Qumrunu da narahat edirdi. Məktəbdə son sinifdə oxumaqlarına baxmayaraq, Cahanın özünə qapanmağı onun sinif rəhbəri Səriyyə müəlliməni, məktəbin psixoloqu Humay xanımı da narahat edirdi. Hətta Humay müəllimə Cahanla təklikdə danışmaq qərarına belə gəlmişdi. Cahan isə heç kəslə danışmırdı. Məktəbdəki özünə qapanması, evdəki ayrı seçkiliklər Cahanın həyata ümidlərini puç etmiş, baxışlarını dəyişmişdi. Yalnız Cahan Ömər ilə dərsdən sonra görüşdükləri zaman bir az dərd və kədərdən uzaq olurdu. Ancaq Ömərə belə başına gələnləri danışmamışdı. Nəinki Ömər, ən yaxın rəfiqəsi Qumru belə olanları bilmirdi. Fəqət Qumru olanları öyrənmək istəyirdi.
Adi günlərdən biri idi. Dərs qurtarsa belə, Cahan sinifdə qalmışdı. Parta arxasında oturub əlindəki yazını bitirməyə çalışırdı ki, bu zaman məktəbin psixoloqu Humay xanım içəri girib Cahana baxaraq gülümsədi. Cahan Humay xanımı görüb ayağa durmaq istəyəndə o, buna icazə verməyib, onun yanında oturaraq Cahanın başını sığalladı:
- Məktəbimizin fəxri, sən nə qədər savadlısan,-dedi.
- Təşəkkür edirəm.
- Bəs, Cahan niyə bu qədər dəyişib?
Cahan Humay xanıma baxdı. Ayağa durub pəncərəyə yaxınlaşaraq çölə baxdı.
- Yox, Humay xanım, hər şey yaxşıdır. Mən elə əvvəlki Cahanam.
- Yox, Cahan, sən əvvəlki illərdə tanıdığım Cahan deyilsən. Mən hər şeyi yaxşı görürəm.
- Narahat olmayın, mən olduğum kimiyəm.
- Razıyam Cahan, ola bilər ki, anan Gülzar xanımın yoxluğu sənə təsir edib. Ya da ola bilsin ki, evdə hər hansısa problemin var.
Cahan susdu. Humay xanım ayağa durub Cahanın yanına gələrək əlini onun çiyninə qoyub, şüşədə onun doluxsunduğu gözlərinin əksini görüb:
- Sənə nə olub, Cahan?-deyə soruşdu.
Cahan gözlərini pəncərədən çəkib Humay xanıma baxdı. Humay xanımı qucaqlayaraq:
- Mən...mən... Humay xanım, mən yaşamaq istəmirəm,-deyərək ağlamağa başladı...
Ardı növbəti sayımızda.