Ərdoğan və Putin bir-birinə xəbərdarlıq etdi – Şərh

Ərdoğan və Putin bir-birinə xəbərdarlıq etdi – Şərh

17 Sentyabr 2019 17:15
Bəyəndim (0) Bəyənmədim (0)

Gözlənildiyi kimi, Rusiya, İran və Türkiyə liderlərinin görüşü heç bir irəliləyişə səbəb olmadı. Vəziyyət İdlibdə nisbi sakitlik olduğunu əks etdirir.

Oxumeni.az-a xəbər verir ki, bu barədə Rusiyanın “Çarqrad” telekanalının siyasi şərhçisi Kamran Həsənov danışıb.

Onun sözlərinə görə, Putin zirvə çərçivəsində İdlibdəki vəziyyətin narahatlıq doğurduğunu dilə gətirib.

“Bu, Ərdoğana Türkiyənin müxaliflərlə birlikdə Nüsrə Cəbhəsini neytrallaşdıra bilməyəcəyi halda Rusiyanın və İranın dəstəyi ilə Əsəd qüvvələrinin yenidən hücuma keçəcəyi barədə xatırlatma idi. Öz növbəsində Ərdoğan da Türkiyənin 4 milyon insanın humanitar faciə ilə üz-üzə qalmasına sakit baxmayacağını söyləməklə xəbərdarlıq etdi”, - ekspert qeyd edib.

Həsənov əmindir ki, Əsədin zərbələrinə görə Türkiyəyə qaçqın axını başlasa, Ərdoğan da buna güclə cavab verəcək.

“İran, Türkiyə və Rusiya kürdlərin nəzarətindəki ərazidən ABŞ-ın çəkilməsinin vacibliyini qeyd etdilər. Putin, Ruhani və Ərdoğan heç bir şey barədə razılığa gəlmədi, ancaq yaxşı ki, razılaşdılar. Birlikdə asan deyil, lakin ayrılıqda daha pisdir”, - Həsənov bildirib.

Oxumeni.az