DÇ-2018-də ilk mükafatçı bəlli olacaq

DÇ-2018-də ilk mükafatçı bəlli olacaq

14 İyul 2018 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada keçirilən dünya çempionatı yekunlaşmaq üzrədi. Apasport.az saytının məlumatına görə, bu gün ilk mükafatçı bilinəcək.

Belə ki, Belçika ilə İngiltərə bürünc medal uğrunda mübarizədə üz-üzə gələcək. Heyəti ulduz futbolçulardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapmaq arzusundadır.

Gənc oyunçulardan qurulan ingilislərin isə final yolunu Xorvatiya kəsmişdi. Qaret Sautqeytin komandası bürünc mükafatı növbəti böyük turnir üçün stimul olaraq görür.

Dünya çempionatı

3-cü yer uğrunda oyun

14 iyul

18:00. Belçika – İngiltərə

Baş hakim: Alireza Faqani (İran)

Sankt-Peterburq. Şəhər stadionu