Argentina futbol millisinin baş məşqçisi istefaya göndərilib

Argentina futbol millisinin baş məşqçisi istefaya göndərilib

15 İyul 2018 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi yığma komandanın baş məşqçisi Xorxe Sampaoli ilə əməkdaşlığın vaxtından əvvəl dayandırılması barədə razılıq əldə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Ole" nəşri yazıb.

Bildirilir ki, AFA nümayəndələri Sampaolinin vəkili ilə danışıqlar aparıb və nəticədə müqavilənin pozulması barədə razılıq əldə olunub.

AFA-nin mütəxəssisə ödəyəcəyi dəbbə pulu isə 2 milyon dollar təşkil edəcək. Sampaolinin komandadan gedəcəyi tarix açıqlanmır.