Beş dəfə dünya, 11 dəfə Avropa çempionun anası oğlu yarışlarda iştirak etməsi üçün nişan üzüyünü satıb

Beş dəfə dünya, 11 dəfə Avropa çempionun anası oğlu yarışlarda iştirak etməsi üçün nişan üzüyünü satıb

17 İyul 2018 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan karateçisi Rafael Ağayev çətinliklə böyüyüb.

Karyerası ərzində beş dəfə dünya çempionu olan Ağayev vaxtı ilə yarışa getməyə pul tapmayıb.

Bu məsələdə anası övladına dəstək olub. Belə ki, karateçinin valideyni qızılını sataraq oğlunun yarışa getməsinə köməklik göstərib.

Qeyd edək ki, "Qara brilyant" ləqəbli idmançımız 11 dəfə Avropa çempionu olmaqla yanaşı, iki dəfə İslam Həmrəyliyi Oyunlarının, bir dəfə isə Avropa Oyunlarının qalibidir.

yenicag.az