"Honved" və "Reyncers"dən qələbə, “Levski” mərhələni keçə bilmədi

"Honved" və "Reyncers"dən qələbə, “Levski” mərhələni keçə bilmədi

18 İyul 2018 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Liqasının I təsnifat mərhələsində cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu gün 3 qarşılaşma keçirilib.

Səfərdə uduzan komandalar – "Levski", "Şkupi" və "Honved" öz meydanında revanş üçün mübarizə aparıblar.

Bolqarlar gözlənilmədən Lixteynşteyn təmsilçisinə məğlub olaraq mərhələni keçə bilməyiblər.

"Reyncers" isə səfərdə qolsuz bərabərliklə məqsədinə çatıb.

Makedoniyada 2:1 hesablı qələbə qazanan "Honved" evdə 4 cavabsız qolla növbəti mərhələyə yüksəlib.

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

17 iyul

"Levski" (Bolqarıstan) - "Vaduts" (Lixtenşteyn) - 3:2

Qollar: Bus, 35, Belaid, 53, Kabral, 85 - Kulibali, 25, Tadiç, 55

İlk oyun - 0:1

"Şkupi" (Makedoniya) - "Reyncers" (Şotlandiya) - 0:0

İlk oyun - 0:2

"Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya) - 4:0

Qollar: Holender, 6, 16, Danilo, 63 (pen.), 84

İlk oyun - 1:2