Çempionlar Liqası: II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib

Çempionlar Liqası: II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib

19 İyul 2018 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.

Çempionlar Yolunda Azərbaycan təmsilçisi "Qarabağ" Albaniya təmsilçisi "Kukesi"yə rəqib olub. İlk oyun 24-25 iyulda səfərdə, cavab görüşü 31 iyul - 1 avqustda Bakıda baş tutacaq. Hələlik dəqiq vaxt məlum deyil.

"Qarabağ"ın sabiq futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı isə Danimarka "Mityulland"ına rəqib olub. İlk oyun Astanada olacaq.

Çempionlar Liqası, II təsnifat mərhələsi

Çempionlar Yolu

"Astana" (Qazaxıstan) - "Mityulland" (Danimarka)

"Ludoqorets" (Bolqarıstan) - "Videoton" (Macarıstan)

"Kukesi" (Albaniya) - "Qarabağ" (AZƏRBAYCAN)

ÇFR (Kluj, Rumıniya) - "Malmö" (İsveç)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail)

"Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva)

BATE (Borisov, Belarus) - HİK (Helsinki, Finlandiya)

"Şkendiya" (Makedoniya) - "Şerif" (Moldova)

"Legiya" (Varşava, Polşa) - "Spartak" (Trnava, Slovakiya)

"Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç)

Liqa Yolu

PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə)

"Ayaks" (Hollandiya) - "Şturm" (Qrats, Avstriya)

Report