“Qarabağ”ın potensial rəqibi bilindi

“Qarabağ”ın potensial rəqibi bilindi

23 İyul 2018 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. sveçrənin Nyon şəhərindəki tədbirdə 32 komandanın potensial rəqibləri müəyyənləşib.

Püşkatma iki hissədən ibarət olub. 22 ölkənin ən yaxşısı Çempionlar yolu, liqalarında yüksək yer tutan 10 komanda Liqa yolunda rəqiblərini tanıyıb. II təsnifat mərhələsi başlamadığından püşkdə bu raundun cütləri və mübarizəyə birbaşa qoşulan 8 klub iştirak edib.

Azərbaycan çempionu "Qarabağ" Çempionlar yolunda mümkün rəqibinin kimliyini bilib. "Qarabağ"ın Albaniya "Kukesi"si ilə təşkil etdiyi cütün qalibi 3-cü raundda BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun Azərbaycan və ya Albaniyada keçiriləcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 13-14 avqustda keçiriləcək.