Məsut Özil Almaniyanı qarışdırdı: Qalmaqal

Məsut Özil Almaniyanı qarışdırdı: Qalmaqal

24 İyul 2018 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Məsut Özilin irqçiliyə görə karyerasını bitirməsi Almaniyada qalmaqala səbəb olub.

Mediainfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, məsələyə ölkənin ədliyyə naziriKatarina Barley də qarışıb. Məsutu "böyük alman futbolçu" adlandıran nazir türk əsilli ulduza dəstək verib.

"Məsut kimi böyük bir alman futbolçunun ölkəsində irqçilik səbəbindən istənilmədiyini və Almaniya Futbol Federasiyası tərəfindən təmsil edilmədiyini hiss etəsi həyacan siqnalıdı" deyə Katarina Barley sosial media hesabında yazıb.

Məsələ ilə bağlı açıqlama verən hökumət sözcüsü Ulrike Demmer də Məsuta dəstək verib. O, bildirib ki, Almaniya kansleri Angela Merkel türk futbolçun təqdir edir və qərarına hörmətlə yanaşır:

"Bildiyiniz kimi, kansler Məsutu təqdir edir. O, milli komandaya böyük xeyir vermiş əla oyunçudu. Məsut indi hörmətlə yanaşılmalı olan bir qərar qəbul edib. Almaniya dünyaya açıq bir ölkədi. İdmanın Almaniyada uyğunlaşmaya və birliyə böyük xeyir verdiyini hamımız bilirik. Almaniyada əsrlərdi 3 milyondan artıq türk əsilli insan yaşayır. Bu insların böyük əksəriyyəti cəmiyyətə yaxşı şəkildə uyğunlaşıb. Onlar insani, siyasi, mədəni və itisadi baxımdan ölkəmizi zənginləşdirirlər".