“Qarabağ” Albaniya səfərində "Kukesi"nin qonağı olacaq

“Qarabağ” Albaniya səfərində "Kukesi"nin qonağı olacaq

25 İyul 2018 06:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Mediainfo.az saytının apasport.az-a istinadən məlumatına görə, Ağdam təmsilçisi "Kukesi" ilə qarşılaşacaq.

Qurban Qurbanovun yetirmələri ilk sınağına Albaniyada çıxacaq. Təmsilçimiz gələn həftə keçiriləcək cavab matçı öncəsi sərfəli nəticə qazanmağa çalışacaq.

İlk raundda Sloveniya "Olimpiya"sını qol buraxmadan (1:0, 0:0) keçən "Qarabağ" yenilənmiş heyəti ilə son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ardıcıl 4 dəfə avrokubokların qrupuna düşən çempionumuz 3 dəfə Avropa Liqası, ötən il Çempionlar Liqasına əsas raunda yüksəlib.

Eyni uğura doğru daha bir addım atmaq üçün Qurbanovun yetirmələri Albaniya səddini adlamalıdı. Düzdü, indiyədək Azərbaycan klubları bu ölkədən olan rəqiblərini məğlub etməyib. "Neftçi"nin "Skenderbeu" səddini ilişdiyi, "İnter"in səfər qolu ilə "Laçi"ni keçdiyi duellərdə qələbə qeydə alınmayıb. Bu duellərdə ilkə iddialı olan "Qarabağ" yoluna Çempionlar Liqasında davam etməyə köklənib.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

25 iyul

21:00. "Kukesi" (Albaniya) – "Qarabağ" (Azərbaycan)

Baş hakim: Ola Hobber Nilsen

Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen

Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)

Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)

UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)

Şkoder. Loro Boriçi stadionu