“Qarabağ” səfərdən heç-heçə ilə dönür

“Qarabağ” səfərdən heç-heçə ilə dönür

25 İyul 2018 22:59
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib. Ağdam təmsilçisi "Kukesi" ilə qarşılaşıb.

Qurban Qurbanovun yetirmələri ilk sınağına Albaniyada çıxıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.

Bir həftə sonra baş tutacaq cavab oyunu öncəsi səfərdən sərfəli nəticə ilə dönən ağdamlılar turu keçmək üçün doğma meydanda qələbə qazanmalıdır.

İlk raundda Sloveniya "Olimpiya"sını qol buraxmadan (1:0, 0:0) keçən "Qarabağ" yenilənmiş heyəti ilə son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ardıcıl 4 dəfə avrokubokların qrupuna düşən çempionumuz 3 dəfə Avropa Liqası, ötən il Çempionlar Liqasına əsas raunda yüksəlib.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

25 iyul

"Kukesi" (Albaniya) – "Qarabağ" (Azərbaycan) - 0:0

Baş hakim: Ola Hobber Nilsen

Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen

Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)

Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)

UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)

Şkoder. Loro Boriçi stadionu

"Kukesi": 77. Fraşeri (q), 4. Şameti (k), 6. Alla, 9. Plaku, 15. Qaqi, 18. Kirbya, 20. Rumbullaku, 23. Mussoli, 24. Malikyi, 26. Kordeyro, 33. Dzariya

Ehtiyat oyunçular: 91. Maloku, 5. Hoksa, 10. Şkodra, 21. Limay, 27. Etemi, 28. Harba, 99. Spear

Baş məşqçi: Armandu Kunqu

"Qarabağ": 13. Vaqner (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Şahruddin Maqomedaliyev, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Apasport