"Ronaldodansa Messini seçərdim" - Simeone
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone, dünya çempionatı zamanı yayılan və Kriştianu Ronaldo ilə Messi arasında seçimini birincidən yana edəcəyini dediyi iddia edilən videoya münasibət bildirib.
Mediainfo.az-ın Apasport.az saytına istinadən məlumatına görə, argentinalı mütəxəssis məsələnin yanlış anlaşıldığını deyib.
"Necə siz başqaları ilə danışırsız, biz də eyni formada German Burgosla futbol haqqında söhbətləşirdik. Messi və Ronaldonun adları çəkəndə isə mövzu kimin daha yaxşı olduğu deyildi. Yoxsa bu barədə onlar arasında seçim etməli olsam, əminliklə deyə bilərəm ki, Ronaldoya yox, Messiyə üstünlük verərdim" – deyə, o bildirib.
Simeone son olaraq Ronaldonun orta səviyyəli komanda üçün daha yaxşı seçim olduğunu əlavə edib: "Sadəcə, deyirdim ki, orta səviyyəli futbolçulardan ibarət komandaya Ronaldo daha yaxşı uyğunlaşar. Messi isə ulduz futbolçularla bir yerdə olanda dünyanın ən yaxşısıdı".































































.jpg)


























