"Kukesi" "Qarabağ"ı keçsə 150 min avroluq mükafat
"Kukesi"nin prezidenti Safet Qyiçinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la oyunlar üçün komandaya vəd etdiyi mükafatın məbləği məlum olub.
Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub prezidenti Ağdam təmsilçisini keçəcəkləri təqdirdə komandaya 150 min avro mükafat söz verib. Əgər "Kukesi" 3-cü təsnifat mərhələsinə vəsiqə qazansa, UEFA-dan 1 milyon 440 min avro gəlir əldə edəcək. Bunu nəzərə alan Safet Qyiçi komandaya yeni mükafat vəd edib.
Xatırladaq ki, klub prezidenti 1-ci təsnifat mərhələsində Malta "Valletta"sını keçdiyi üçün komandaya 100 min avro mükafat vermişdi.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kukesi" oyunu saat 21:00-da start götürəcək. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.


























































.jpg)






























