"Qarabağ" "Bate" ilə görüşəcək

"Qarabağ" "Bate" ilə görüşəcək

2 Avqust 2018 06:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi II raundda Albaniyanın "Kukesi" komandasını mübarizədən kənarlaşdıraraq Belarus BATE-si ilə qarşılaşacaq.

Evdə Finlandiyanın HİK kollektivi ilə qolsuz heç-heçə edən belaruslular səfərdə 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıblar.