Xırdalanda yaşayış binası partladı

Xırdalanda yaşayış binası partladı

8 Sentyabr 2014 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda binada partlayış olub. Şahidlərin verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilmiş, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Mediainfo.az