Partlayan evdə jurnalist və ailəsi də xəsarət alıb

Partlayan evdə jurnalist və ailəsi də xəsarət alıb

8 Sentyabr 2014 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan ailələrdən biri jurnalist ailəsidir.

Mediainfo.az modern.az-a istinadən xəbər verir ki, bu, "Aztelekom" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Vidadi İsmayılovun ailəsidir.

Hadisə nəticəsində Vidadi İsmayılovun bədəninin 90%-i yanıb, həyatı təhlükə altındadır. 42 yaşlı Vidadi İsmayılov və onun 13 yaşlı oğlu Yunus İsmayılov (bədənin 30%-i yanıb) Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İsRmayılovlar ailəsinin daha 3 üzvü hadisə nəticəsində xəsarət alıb.

"Ailədə olan 5 nəfərin hamısı xəsarət alıb. Vəziyətləri ağırdır. Kimisi yanıb, kimisi əzilib". Bu barədə Vidadi İsmayılovun qardaşı məlumat verib.

Tənəffüs yolları yanmış Vidadi İsmayılov reanimasiyadadır, həkimlər onun həyatının təhlükədə olduğunu bildiriblər.