İran İŞİD-ə qarşı mübarizəyə qoşulmayacaq

İran İŞİD-ə qarşı mübarizəyə qoşulmayacaq

15 Sentyabr 2014 17:00
Bəyəndim (0) Bəyənmədim (0)
Rəsmi Tehran Qərb ölkələrinin mübarizə metodundan narazıdır

İran İŞİD-ə qarşı mübarizəyə qoşulmayacaq. Bu bəyanatla ölkənin dini lideri ayatulla Əli Xameneyi çıxış edib. İRNA agentliyinin dini liderin facebook profilinə istinadən yaydığı məlumata görə, rəsmi Tehran ABŞ-ın islam dövlətinə qarşı mübarizə metodunu yanlış sayır və bu səbəbdən adıçəkilən kofliktdə Qərb dövlətləri ilə birlikdə olmaq istəmir. "ABŞ-ın Dövlət Katibi Kerri əməkdaşlıq barədə şəxsən İranın Xarici İşlər naziri Cavad Zərifə müraciət etmişdi, amma o, təklifdən imtina etdi" – deyə statusunda yazan dini lider fikrinə aydınlıq gətrib: "ABŞ Pakistanda etdiyini İraqda və Suriyada həyata keçirmək üçün bəhanə axtarır. Daha doğrusu, yerli hakimiyyətin icazəsi olmadan istədikləri obyekti bombardman etmək fikrindədirlər".

Xatırladaq ki, bir müddət əvvəl ABŞ rəsmiləri İŞİD-lə mübarizədə qonşu ölkələrin köməyinə arxalandıqlarını qeyd etmişdilər. Lakin ötən həftə Dövlət Katibi Con Kerri İranla əməkdaşlığa hazır olmadıqlarını bəyan edib.

Mediainfo.az