Universitet rektoru PA-ya şöbə müdiri gətirildi

Universitet rektoru PA-ya şöbə müdiri gətirildi

12 May 2018 05:34
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzərTAc-ın məlumatına görə, Fərəh Əliyeva dövlət başçısının imzaladığı digər sərəncamla Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, F. Əliyeva Azərbaycanın dəyərli ziyalısı Şirməmməd Hüseynovun qızıdır. Onun təyin olunduğu vəzifəni bundan əvvəl Fatma Abdullazadə tuturdu.