Bayraktar verdiyi sözə əməl edərək Qəzzaya 286 milyon lirə yardım edib
Bayraktar verdiyi sözə əməl edərək Qəzzaya 286 milyon lirə yardım edib. Bu məbləğlə bölgəyə ərzaq, dərman və tibbi dəstək avadanlıqları göndəriləcək.
Qəzzaya ayırlan 286 milyon lirəlik humanitar yardım AFAD və Türkiyə Diyanət Vəqfinə nağd ianə olaraq çatdırılıb. Edilən ianələrlə yanaşı, bölgəyə göndərilməsi planlaşdırılan yardım paketinə qida, dərman və tibbi dəstək avadanlıqları da daxil olacaq.
Xatırladaq ki, Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar 20 oktyabrda sosial mediada Qəzzaya kömək üçün hərəkətə keçdiklərini açıqlamışdı. Qəzzada baş verənlərin bəşər tarixinin ən ağır faciələrindən biri olduğuna diqqət çəkən Bayraktar, "Səssiz qalmaq, bu qırğınlara tərəf olmaqdır" deyə bildirmişdi.
Oxuməni.az
Digər xəbərlər



















































































