ABŞ-da üç yaşlı uşaq kiçik qardaşını güllələyib
İndiana ştatında uşaq anasının çantasında tapança taparaq iki yaşlı qardaşını güllələyib, uşağı xilas etmək mümkün olmayıb.
NBC-nin aydınlaşdırdığı kimi, Leyk qraflığında polis şəxsi evdə baş verən faciəvi hadisəni araşdırır, burada 3 yaşlı uşaq anasının çantasından silahı götürüb, 2 yaşlı qardaşına tuşlayıb və tətiyi dartıb.
Qeyd olunur ki, yaralı xəstəxanaya yerləşdirilib, həkimlər uşağın həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
Oxuməni.az
Digər xəbərlər


















































































